Səhiyyə Nazirliyi tibb müəssisələrinin yarıyadək hissəsinin lisenziyasız xidmət göstərdiyi ölkədə tibbi xidmətlərin keyfiyyətinə nəzarəti həyata keçirir.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, idarənin məlumatına görə ölkədə 500-ə yaxın tibb müəssisəsi və kabineti var, həmçinin 600 özəl aptek fəaliyyət göstərir.
Eyni zamanda 2013-cü ildə lisenziyasız müəssisə və apteklərin fəaliyyəti haqqında 376 akt tərtib olunub.
İdarədən həmçinin tibb personalının sertifikatlaşdırılması barədə də məlumat veriblər.
Belə ki, 2013-cü ildə 4 min həkim, 6 min kiçik və orta tibb personalı işçisi sertifikat alıblar.