Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə daha bir şirkəti satın almaq niyyətindədir.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, SOCAR Avstriyanın OMV şirkətinin Türkiyədəki biznesinin 97%-nə sahib olan Petrol Ofisi şirkətini almaq fikrindədir.
Məlumata görə, OMV Türkiyədə biznesinin əsas hissəsini sataraq bu ölkədəki bazardan çıxmaq qərarına gəlib. Bununla bağlı artıq şirkət iki güclü müştəri ilə danışıqlar aparır. Bunlardan birinin Türkiyədə Petkim və TANAP kimi layihələrə böyük məbləğdə yatırımlar edən SOCAR olduğu bildirilir. Petrol Ofisini almaq niyyətində olan ikinci şirkət isə Shell (İngiltərə-Hollandiya) şirkətidir.
Məlumatda deyilir ki, Türkiyə yanacaqdoldurma məntəqələri açmaq niyyətində olan daha bir iri şirkət almaq niyyətindədir və geniş yanacaqdoldurma şəbəkəsinə malik olan şirkətin satın alınmasında maraqlıdır. OMV Petrol Ofisini tam olaraq daha bir iri şirkət almaq niyyətindədir və sata bilsə Türkiyə bazarından çıxacaq. Lakin bu sövdələşmənin gözlənilən dəyəri hələ açıqlanmır. Danışıqlar baş tutmasa, şirkət səhmlərinin bir hissəsini Shellə sataraq, daha bir müddət Türkiyə bazarında qalmalı olacaq.
Xatırladaq ki, Avstriyanın enerji nəhəngi Petrol Ofisi şirkətinin 54,17%-lik səhmini Doğan Grubundan 1 mlrd. avroya satın alaraq 2010-cu ildə Türkiyə bazarına çıxıb. Sonradan şirkət bu payını 97%-ə çatdırıb. Bu gün OMV şirkəti Türkiyədə 61 şirkət və 12 526 ədəd yanacaqdoldurma məntəqəsi ilə fəaliyyət göstərir. Şirkət ötən il Türkiyədə benzin satışında 21,7%, mazut satışında 25,6% paya malik olub.