“Hazırda Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 15-ci, eləcə də Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 25-100-cü kilometrliklərində küləyin şiddətinin daha çox olması müşahidə edilir”.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, bununla əlaqədar ərazidə xidmət aparan YPX əməkdaşları tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür:
“Mövcud hava şəraitini nəzərə alaraq bir daha hərəkət iştirakçılarına, xüsusilə yük avtomobillərinin sahibləri və sürücülərinə müraciət edərək onlara küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamağı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi, görmə məsafəsi məhdudlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi, açıq ərazilərdə sürəti azaltmağı, qəfil manevr və ya kəskin tormozlama etməməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı tövsiyə edirik.
Nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.
Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar daha da ehtiyatlı olmalı, zərurət olmadıqca açıq havada hərəkət etməkdən çəkinməli, ictimai nəqliyyatdan istifadə etməlidirlər”.
13:38
Bakı-Qazax yolunda güclü küləklə əlaqədar baş verən yol qəzalarının görüntüləri yayıldı.
Oxu.Az həmin fotoları təqdim edir:
12:00
Güclü külək Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətini çətinləşdirib.
Oxu.Az-ın məlumatına görə, külək ətrafdakı tozu sovuraraq sürücülərə çətinliklər yaradıb.
Bu səbəbdən avtomobil yolunun Bakıya gələn hissəsində üç yol-nəqliyyat hadisəsi olub.
Ölən və xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
Bu gönderiyi Instagram'da görKönül Cəfərli
"Qazax rayonu" teqi üzrə xəbərlər
- Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video
- Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
- Xəzər dənizində həlak olan daha iki hərbçinin cəsədi tapıldı
- Qazaxda açıq ərazidə YANĞIN - FOTO/VİDEO
- Əhali dəhşət içində yaşamaqdan təngə gəldi: "Bir it hürən kimi digərləri də toplanıb adamın üstünə cumur" - Video
Digər xəbərlər