Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ombudsmana ən çox bu məhkəmə qərarlarından şikayət verilib - HESABAT
Azərbaycandakı məhkəmələrdən İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) xeyli şikayət daxil olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ombudsmanın Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi, müdafiəsinin vəziyyəti haqqında 2019-cu il üzrə məruzəsində bildirilir.
Müraciətlərin təhlili əsasında bəzi hallarda məhkəmələrin üzərinə düşən vəzifələri vaxtında və ya olduğu kimi yerinə yetirməməsi məlum olub.
Bildirilir ki, ümumiyyətlə məhkəmə qərarının tərəflərə vaxtında göndərilməməsi həm süründürməçiliyə, həm də vaxt itkisinə səbəb olur.
Şikayətlərdə icra məmurlarının etik davranış qaydalarını pozduqları da bildirilir.
Bunlarla yanaşı, alimentlər, əmlak, pul tələbi, əmək haqqı üzrə borcun ödənilməməsi ilə bağlı məhkəmə qərarlarından da şikayət verilib.
Alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər isə çoxluq təşkil edib.
Ombudsmanın nöqsanları aradan qaldırmaq üçün bir sıra tədbirlər gördüyü də qeyd olunub.
Aqşin Kərimov
Rəylər