Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, APA-nın xəbərinə görə, Z. Məhərrəmli öz ərizəsi ilə işdən çıxarılıb.
Z. Məhərrəmli Ombudsman Aparatında başqa sahədə fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Z. Məhərrəmli 2003-cü ilin aprelindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

E.Ə.
www.oxu.az