Necə deyərlər – ürəyim doludur. Hər gün eyni səhnələrlə qarşılaşmağa o qədər alışmışıq ki, artıq onlara fikir vermədən yanından tələsik keçərək öz işimizlə və qayğılarımızla məşğul oluruq.
Bəzilərimiz üçün bu, normaldır.
Geyim mağazasının qarşısında uşaq arabasında 2-3 aylıq körpə sakitcə yatır. Mən qeyri-ixtiyari ayaq saxlayıram, baxışlarımla uşağın anasını axtarıram. Çox güman ki, o, mağazadadır – tələsmədən baxır, seçir, yoxlayır. Uşağın yanında heç kim yoxdur. Uşaq arabasını aparmaq bir neçə dəqiqəlik işdir, heç kim görməyəcək belə. Ana 10 dəqiqədən sonra çıxır. Mənim uşağı tək qoymağa qorxmursuz sualıma, rənglənmiş qaşlarını çatır. O, mənim narahatçılığımın səbəbini, uşağını necə təhlükə ilə üzü-üzə qoyduğunu anlamır.
Aeroport yolunda mənimlə paralel şüşəsində “Child on board” yazılan lövhə olan maşında balaca oğlan pəncərədən yarıya qədər çıxıb və mənə həvəslə əl edirdi. Orada 7 yaşlı bir qız da var idi, o isə arxa oturacaqda dizləri üstə oturaraq telefonda oyun oynayırdı. Aydındır ki, hər iki uşaq xüsusi oturacaqlarda deyillər, təhlükəsizlik kəməri bağlanmayıb və bu yolda heç də nadir sayılmayan qəza baş verərsə, uşaqlar çətin ki sağ qalarlar. Sükan arxasında oturan ata və onun yanında ön oturacaqda oturan ana isə çox rahat söhbət edirlər, heç ağıllarından da keçmir ki, uşaqlarını necə təhlükə ilə üzbəüz qoyublar.
Kafedə xoşagəlməz bir səslə ana nə isə günah işlətmiş oğlunun qulağından çəkərək onun üstünə çımxırır. İstəmədən qulaq günahkarı olursan. Eşitdiklərim məni özümü pis hiss etməyə vadar etdi. Uşaq həyata gəlməyi ilə anasının həyatını korlayıb, xasiyyəti ilə eynən axmaq atasıdır, elə o da öz növbəsində ananın həyatını bərbad edib. Ətrafdakıların uşağa belə sözlər deməməyi üçün xahişlərinə acı cavab verərək onun şəxsi işlərinə qarışmamağı tələb edirdi.
Uşaq şənliklərinə restorana və ya uşaqlar üçün məkanlara uşaqları sürücülər gətirir və orda ya tək, ya da dayələrin nəzarəti altında qoyub gedirlər. Dayələr isə bir qayda olaraq ora gəlməyə vaxt tapan analar və ya başqa dayələrlə söhbət edirlər, nəticədə uşaqlar şənlik məkanında nəzarətsiz qalırlar. Zal nəhəngdir, uşaqlar onlara xas olan gizli və heç kimin nəzər yetirmədiyi qapalı yerlərə keçə bilərlər, ətrafda olanlar isə heç də həmişə xoşniyyətli deyillər.
Mənim kimiləri çox zaman həddən artıq qayğı və himayədarlıqda günahlandırırlar. Amma uşaqların təhlükəsizliyi ilə bağlı məsələlərdə məncə daha diqqətli olmaq yaxşıdır. Çünki əvvəllər qeyri-mənəvi sayılan bəzi şeylər indi normaya çevrilib.
Bir neçə misal gətirim.
Bir neçə il Rusiya KİV həyətdə qumla oynayan balaca qızın itməsi haqqında dəhşətli xəbər yaymışdılar. Bir müddət sonra qızcığazın cəsədi tapılır. İstintaq zamanı müəyyən edildi ki, dörd yaşlı qız həyətdə qumla tək oynayırdı, anası isə arada pəncərədən ona göz qoyurdu. Növbəti dəfə baxanda uşaq artıq həyətdə yox idi.
Altı il bundan öncə Portuqaliyada 3 yaşlı ingilis Meddi MakKeyn itkin düşüb. Valideynləri onu otelin nömrəsində digər iki azyaşlı uşaqla yatmış qoyaraq dostları ilə yaxınlıqdakı restorana şam yeməyinə getmişdilər. Bir müddət sonra ana uşaqları yoxlamağa gələndə Meddi artıq otaqda yox idi. Uşağı indiyə qədər axtarırlar. Valideynlər isə yəqin ki, ömürlərinin sonuna qədər o gecə uşaqları yalnız qoyduqları üçün vicdan əzabı çəkəcəklər.
Bir neçə ay bundan öncə Britaniyada başqa bir qızla da faciə baş verib. Axşamüstü o, evlərindən təxminən 300 metr aralıqda yaşayan rəfiqəsigilə qonaq getməyi qərara alır. Qız velosipedə oturaraq qonşularının evinə yollanır. Bundan sonra valideynləri onu bir daha görmədilər. Uşağın cəsədini bir neçə gün sonra meşədən tapdılar. Onu zorladıqdan sonra öldürmüşdülər. Tezliklə canini də tapdılar, bu, qonşuluqda yaşayan hamının müsbət xarakterizə etdiyi, üç uşaq atası idi.
Və bütün bunlar təhlükəsizliyə, xüsusilə də uşaqların təhlükəsizliyinə həddən artıq məsuliyyətlə yanaşırlar.
Onda əgər maşında uşaq kreslosunun qoyulması belə artıq bir şey hesab edilən və bu kreslodansa özünə bir cüt təzə ayaqqabı almağı daha üstün tutan anaların olduğu ölkəmiz barədə nə deyək?
Bizimkilər adətən, belə hallarda – Allaha, qismətə, taleyə güvənirlər.
Uşaqları xüsusi kreslolarda oturtmaq, evdə nəzarətsiz qoymamaq (yeri gəlmişkən qeyd edim ki, belə davranışa görə Avropa ölkələrində valideynləri valideynlik hüququndan məhrum edərək uşağı başqa ailəyə verə bilərlər) və elektrik cihazları ilə elementar təhlükəsizlik qaydalarına uyğun davranmaq kimi təkliflərə məsuliyyətsiz yanaşırlar. Məhz valideynlərin məsuliyyətsizliyi ucbatından ölkəmizdə son zamanlar nə qədər bədbəxt hadisə baş verib...
Uşaqların cəzalandırılması isə ayrı mövzudur. Mən korkoranə ABŞ və ya Avropa təcrübəsinə riayət etməyə çağırmıram. Orada himayə orqanları valideynlərə elə nəzarət edirlər ki, uşağa səs qaldırmaq belə bəzən mümkün olmur, uşaqlar isə öz növbələrində valideynlərinə hüquqları barədə məruzə belə oxuya bilərlər. Bu, başqa mövzudur.
Amma bizdə qəbul edilən qaydalara görə uşaq öz fikrini deməmli, öz arzuları üçün inad etməməlidir. Bizim cəmiyyətdə əgər uşağın geyimi, yeməyi varsa, valideyn öz borcunu yerinə yetirmiş sayılır, uşaqlar isə valideynlərinin qoyduğu qaydalara sözsüz əməl etməlidir. Valideynlər uşaqlarının əvəzinə seçim edirlər – geyimdən tutmuş, dostlara və hətta həyat yoldaşına qədər.
Beləliklə də absurd vəziyyət yaranır: bir tərəfdən valideynlər uşaqların təhlükəsizliyinə tamamən məsuliyyətsiz yanaşaraq. Onların problemlərinə laqeyd yanaşırlar. Onlarla yetərincə zaman keçirməyib, həyatlarına müdaxilə etmirlər, digər tərəfdən isə onlara ciddi nəzarət edərək, bütün qərar və seçimləri özləri edərək uşağa heç bir müstəqillik vermirlər.
Ona görə də gəlin, bizə hər şeydən əziz olan varlıqların, uşaqlarımızın təhlükəsizliyini xüsusi kreslolar almamağımız, icazə olmayan yerdən onların əlindən tutub qaçaraq niyə belə ucuz tutduğumuz barədə düşünək? Özümüz onlarla zaman keçirə biləcəyimiz halda nəyə görə uşaqlarımızın həyatını yad insanlara etibar edirik?
Uşaq – hamıya nəsib olmayan Allahın töhfəsidir. Və bizim bəzilərimiz belə bəxtimiz gətirdiyinə görə bunun necə məsuliyyət olduğunu, onlara hər boş dəqiqəmizi həsr etməyin nə qədər vacib olduğunu unutmamalıyıq. Unutmamalıyıq ki, valideyn kimi borcumuz onların uşaqlığını təhlükəsiz etməklə yanaşı, həm də xoşbəxt etməkdir.
Aliyə İsmayılzadə
www.oxu.az