Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
On dörd yaşlı Mirsəyidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bununla bağlı Oxu.Az-a onun anası Nigar Seyidova müraciət edib.
O bildirib ki, övladı əzələ əriməsi xəstəliyindən əziyyət çəkir.
"Mirsəyidin hazırda 14 yaşı var. Onun bir yaşı olanda ayağını yerə düzgün basıb yerimədiyinin fərqinə vardıq. Müayinəyə gedən zaman bizə Mirsəyiddə tonus olduğu deyildi. Üç yaşına qədər biz onu müalicə etdik. O daim üzgüçülüklə və müxtəlif idman növləri ilə məşğul olurdu. Yeddi yaşına gələndə isə onun anidən yıxılmaqları artmağa başladı. Biz də onu İrana müayinəyə apardıq, orada övladıma əzələ ərimə diaqnozu qoyuldu. Mirsəyidin səkkiz yaşına qədər çəkisi normal idi. Xəstəliyi bilindikdən sonra başladığımız müalicələrdə isə onun çəkisi get-gedə artmağa başladı. Bir müddət sonra isə tamamilə yerimə qabiliyyətini itirib, arabaya möhtac qaldı".
Nigar Seyidova övladının yeriyə bilmədiyini deyib.
"Hazırda bu xəstəliyin müalicəsi mümkün olsa da, çox bahadır. Müalicə yalnız bir dərmanla mövcuddur. "Elevidys 51" adlı həmin dərmanın qiyməti üç milyon dollardır. Bir neçə aydır bu dərmanı almaq üçün çalışırıq, hələ ki cəmi 1 000 dollar toplaya bilmişik. Mirsəyidin gündəlik olaraq içməli olduğu dərmanlar var, biz onları üç aydan bir Amerikadan sifariş edirik. Yardımsevər şəxslərdən Mirsəyidin müalicəsinə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 551-30-30.
"Beynəlxalq Bank": 4127 2093 0161 4522.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- İki dəfə kliniki ölüm keçirən Ümidin dəstəyə ehtiyacı var
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
- Əlil ana övladları üçün yardım istəyir: "Meyvə belə ala bilmirəm"
- Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
- 54 günlük körpənin vəziyyəti yenidən ağırlaşıb: 13 il övlad həsrəti çəkən ana fəryad edir