“Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri” mövzusunda dinləmə keçirilməsi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu haqda akademik, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
O, qeyd edib ki, son illər ölkədə onkoloji xəstələrin sayı artmaqdadır.
Onun sözlərinə görə, eyni zamanda, dövlət büdcəsində bununla bağlı ayrılan vəsaitin həcmi artıq bir neçə ildir ki, dəyişilməz qalır:
“Hesab edirəm ki, bu vəsait gələcəkdə artırılmalıdır.
Bu, ciddi məsələdir. Odur ki, yaz sessiyası dövründə bununla bağlı ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur”.
Kamil HƏMZƏOĞLU
Rəylər