Səhiyyə naziri Oqtay Şirəliyev Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, əmrdə Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Təbirlər Planının təsdiq edilməsi, görülən işlər barəsində vaxtaşırı nazirliyə məlumatların verilməsi tapşırılır.
Nazirliyin Tədbirlər Planına əsasən, Gəncədə şəhərin Tibb Kollecinin tələbələrinin iştirakı ilə bir sıra elmi-praktik konfransların, bilik və idman yarışlarının keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, nazirlik Gəncədə zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənməyə qarşı maarifləndirmə tədbirləri keçirməyi planlaşdırır.
Həmçinin nikaha daxil olan gəncəlilərə ailə planlaşdırması məsələləri üzrə mütəxəssis məsləhətlərinin verilməsi də hazırlanmış Tədbirlər Planına daxildir.