Bu gün səhər tezdən səhiyyə naziri Oqtay Şirəliyev “Günəşli” yatağındakı 10-cu platformadan təxliyyə olunaraq Neftçilər xəstəxanasına yerləşdirilmiş neftçilərə baş çəkib.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Nazir təxliyyə olunmuş neftçilərin sağlamlıq durumu və onlara göstərilən tibbi yardımın keyfiyyəti ilə maraqlanıb.