“Etibarlı Kliniki Təcrübə haqqında Təlimat” təsdiqlənib.
Bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev qərar imzalayıb.
Bu təlimat kliniki sınaqların bütün fazalarının planlaşdırılması və hesabatın tərtibinə dair tələbləri müəyyənləşdirir.
O cümlədən klinik tədqiqatın aparılması üçün tələb olunan sənədləri və Etibarlı Kliniki Təcrübənin prinsiplərini müəyyən edir.
Təlimatdakı prinsiplər həmçinin insan subyektlərinin təhlükəsizliyinə və əmin-amanlığına təsir göstərə bilən digər klinik tədqiqatlara da tətbiq oluna bilər.
Təlimat bu ilin sentyabrın 1-dən qüvvəyə minib.
Aqşin Kərimov