Səhiyyə naziri Oqtay Şirəliyev tibb işçilərini “Dünya Azərbaycanlılarının Həmrəyliyi” və “Yeni il” bayramı münasibətilə təbrik edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, nazir tibb işçilərinə bundan sonra da öz peşələrinə həvəslə yanaşmağı tövsiyə edib.
Oqtay Şirəliyev hər kəsi bayram münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb.
E.Ə.
www.oxu.az