Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Oruc tutmağın orqanizmə möcüzəvi faydaları: Xərçəng hüceyrələri... - FOTO
Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov oruc tutmaqla bağlı çoxlarının doğru bildiyi, əslində isə yanlış olan bəzi fikirlərə aydınlıq gətirib.
Oxu.Az-ın məlumatına görə, həkim bildirib ki, yüksək təzyiqi olan, şəkər və ya ürəyi xəstə olan şəxslərin oruc tutmasının təhlükəli olması barədə fikirlər doğru deyil.
R.Mahmudov orucluğun insan orqanizminə faydalarını da sadalayıb:
1. Orucun orqanizmə bərpaedici (DNT) təsiri var.
2. Orucun xərçəng hüceyrələrini hazır qlükozadan məhrum edərək (normal hüceyrələrə nisbətən enerjidən daha çox asılı olduqları üçün) öldürdüyü sübuta yetirilib.
3. Orucun sərbəst radikalların təsirinə maneə törətdiyi məlumdur.
4. Oruc tutmaq apoptozis (xəstəlikli və təhlükəli hüceyrələrin yox edilməsi) deyilən mexanizmi işlək hala gətirir. Bunu qlükogenezi fəaliyətə keçirərək etməkdədir.
5. Üstəlik, oruc tutmaq hüceyrələri, toxumaları, orqanları, qanı yeniləyərək orqanizmi və immunitet sistemini yenidən işə salan yeni kök hüceyrələrin əmələ gəlməsinə təkan verir.
Qısaca, orucun, eləcə də planlı və istəkli aclığın ömrü uzatdığını tibb elmi sübuta yetirib.
Bundan tam şəkildə faydalanmaq üçün qida rasionuna diqqət edilməsi əsas şərtdir.
6. Ən böyük fayda isə bir ayın sonunda çəkinin ən az 5% azalmasıdır.
Deməli, oruc tutmaq sağlamlığını təmin etmək, sağlam olmaq deməkdir!
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"