Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün heç kim vaksinasiya olunmayıb.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 963 989, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 254, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 230, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 300, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 205 təşkil edir.
