Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ötən həftə 745 yanğına çıxış olub: Dörd nəfərin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 745 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma və iki avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 38 nəfər xilas edilib, yanğınlar zamanı ikisi azyaşlı olmaqla 19 nəfər təxliyə olunub, iki nəfər xəsarət alıb, dörd nəfərin meyiti təhvil verilib.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
- FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib
- Hövsanda güclü PARTLAYIŞ: "Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar"
- Bakıda şiddətli yanğın söndürüldü: Yolda hərəkətə məhdudiyyət aradan qaldırıldı
- Yanğında zərər görən sahibkar: "Sığorta edə bilmədik, peşman olduq"