Azad olunan ərazilərdə iyulun 22-28-də 31 tank əleyhinə mina, 66 piyada əleyhinə mina, 898 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 885 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.
Rəylər