Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ötən il yüzmilyonlarla manat məbləğində əsassız ödənişlər AŞKARLANIB
2023-cü ildə Maliyyə Nazirliyi tərəfindən görülmüş işlər nəticəsində ümumilikdə 726,5 milyon manat artıq və əsassız ödənişlər aşkar olunub və onlardan 3,6 milyon manat məbləğində vəsaitin yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.
APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Hesabatda bildirilib ki, nazirliyin müvafiq iş planlarına əsasən, aparılmış yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsinə görə artıq ödənilməsi aşkar olunmuş 8 milyon manat vəsaitin 3,6 milyon manatının təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib, yoxlamalar zamanı büdcə təşkilatlarında maliyyə nöqsanlarına yol verməklə inzibati xətalar törətdiklərinə görə 59 nəfər vəzifəli şəxsə 57,3 min manat məbləğində cərimələr tətbiq edilib və dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Nəzarət obyektlərindən 90 təşkilatda aparılmış yoxlamalarla 718,5 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunmuş və yoxlama materialları nazirlik tərəfindən müvafiq qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- İkinci Dünya müharibəsi iştirakçılarına 2 500 manat veriləcək
- Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini 20% azaldıb
- Azərbaycanın dövlət borcu nə qədərdir?
- Azərbaycanın icmal büdcəsində iki milyard manata yaxın qalıq yaranıb
- I rübdə Qarabağ və Şərqi Zəngəzura bir milyard manata yaxın pul qoyulub