Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Övladının müalicəsi üçün evini satan ana yardımsevər şəxslərdən dəstək istəyir
Dörd yaşlı Camalın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nazlı Hacıyeva məlumat verib.
O bildirib ki, övladı bir neçə xəstəlikdən əziyyət çəkir:
"Camal 2020-ci ildə tam sağlam şəkildə dünyaya gəlib. Bir yaş beş ayına qədər onun səhhətində hər şey qaydasında olub. Həmin dövrdə o, koronavirusa yoluxdu. Virusu yüngül keçirsə də, ondan sonra səhhətində pisləşmə başladı. Həkimlər övladımın koronavirusdan sonra beyninin zədələndiyini dedilər. Camal hazırda dərin autizm, nitq geriliyi, gipoterioz, gipaksik ensefalopatiya, mərkəzi sinir sisteminin zədələnməsi və qaraciyər zədələnməsindən əziyyət çəkir".
Nazlı Hacıyeva övladının müalicə və reabilitasiyası üçün hazırda 2 800 manata ehtiyacları olduğunu deyib:
"Camalın səhhəti pisləşdiyi gündən əlimizdən nə gəlirsə, etmişik onun üçün. Evimizi, qızıllarımı, bütün dəyərli əşyalarımı övladımın müalicəsi üçün satmışıq. Onun vəziyyəti ilə bağlı mən işləyə bilmirəm, son dövrlər ona tək baxa bilmədiyim üçün yoldaşım da məcbur işdən çıxıb, Camala birlikdə baxırıq. Camalın reabilitasiyası üçün mərkəzlərdən birinə 650, digərinə isə 500 manat ödəniş etməliyik. Bu aylıq dərmanları isə 1 900 manat edir. Müalicələr Camala çox yaxşı təsir edir. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (051) 987-77-70.
"Kapital Bank": 4169 7385 4493 5046.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 20 yaşlı tələbənin sizin köməyinizə ehtiyacı var
- 8 yaşlı Zəhranın yaşaması üçün sizin köməyinizə ehtiyacı var: Ailəsi bütün əşyalarını satıb
- Bir yaşlı Arzunun anası: "Hər gün onun addımlamasının xəyalını qururam"
- Bir gözü amputasiya edilən Əfruzun dəstəyə ehtiyacı var
- Ağır yanıq xəsarətləri alan Çinarənin anası: "Nə dərman, nə yemək ala bilirik"