“Sosial müavinətlər haqqında” Qanuna təklif olunan dəyişikliklər övladlığa götürülməsi çətin hesab edilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş iki kateqoriya üzrə uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, bunlar 3-18 yaş arasında və 0-18 yaş arasında olan sağlamlıq imkanları məhdud uşaqlardır. Həm 3-18 yaş arasında olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı, həm də, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı müavinətlərin təyin olunması nəzərdə tutulub.
Müavinətlərin 2021-ci ilin yanvarın 1-dən sonra övladlığa götürülən uşaqlara şamil edilməsi nəzərdə tutulub.
Vurğulanıb ki, müavinətin təyin olunması üçün əsas şərt övladlığa götürmə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin təqdim edilməsidir.
Rəylər