"Azərbaycan Dəmir Yolları" (ADY) QSC və Mətbuat Şurasının milli mətbuatın 150 illiyi münasibətilə birgə keçirdiyi "Azərbaycan Dəmir Yolları - 145 illik inkişaf yolu" mövzusunda araşdırma müsabiqəsinin nəticələri açıqlanıb.
Nəticələrə əsasən, Oxu.Az-ın əməkdaşı da qaliblər sırasındadır.
Belə ki, Məhərrəm Əliyev 61 yazı arasında "Sərnişindaşımada YENİ ERA: Ağıllı qatarlarla rahat gələcəyə" adlı məqaləsi ilə 3-cü yeri tutub.
Oxu.Az-la yanaşı, "Global Media Group"a daxil olan "Report" İnformasiya Agentliyinin baş redaktorunun müavini, iqtisadiyyat şöbəsinin müdiri İlahə Məmmədli "Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu" adlı məqaləsi birinci yerə layiq görülüb.