Milli Mətbuat Günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan onlayn viktorinanın qalibi müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, viktorinanın keçirilməsində məqsəd Azərbaycanda milli mətbuat tarixinin keçdiyi şərəfli yolu öyrənmək və cəmiyyətdəki əhəmiyyətli rolunu vurğulamaqla yeniyetmə və gənclər arasında bu sahəyə maraq oyatmaqdır.
Respublika Uşaq Kitabxanasının internet ünvanında, “Facebook” və “Instagram” sosial şəbəkələrdəki profilləri vasitəsi ilə yayımlanan viktorinaya çoxsaylı iştirakçılar qatılıb.
Qeyd edilən zaman çərçivəsində Bəxtiyar Apayev (Oxu.Az-ın əməkdaşı) 30 sualdan 26-na düzgün cavab verməklə viktorinanın qalibi seçilib.
Qalibə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından üç kitab hədiyyə edilib.