Son günlər oxucular tərəfindən redaksiyamıza çoxsaylı müraciətlər daxil olur.
Müraciətlər isə Oxu.Az xəbər portalına daxil olan zaman ekrana gələn reklamlarla bağlıdır. Reklamlarda təsadüfi seçimlərlə şanslı istifadəçilərin müəyyən sual-cavab əsasında Oxu.Az-dan və tərəfdaş sponsorlardan pulsuz “Apple İphone 11 Pro” qazanacağı qeyd olunur.
Növbəti mərhələdə isə izləyicilərdən şəxsi əlaqə nömrələrini müəyyən bölmələrə yazmaları tələb olunur.
Oxucularımıza bildiririk ki, Oxu.Az izləyiciləri arasında heç bir uduşlu müsabiqələr, lotereya və oyunlar keçirmir. Bu cür bildirişlər şirkətimiz tərəfindən tərtib edilməyib. İnternet üzərindən gələn saxta bildirişlərə görə, Oxu.Az heç bir məsuliyyət daşımır!