Azərbaycanda ən populyar və geniş auditoriyaya malik olan Oxu.Az informasiya portalı yeni mobil proqramını oxucularına təqdim etdi.
Bütün növ iPhone istifadəçiləri üçün təklif etdiyimiz yeni proqram Azərbaycanda bu tipdə hazırlanmış ilk mobil tətbiqdir və bir sıra mühüm yenilikləri özündə birləşdirir.
Belə ki, proqramı mobil telefonuna yükləyən istifadəçinin razılığı ilə o, saytda yeni çıxan hər bir xəbər barədə ani bildiriş ala bilər.
Proqram çox sadə və eyni zamanda rahat interfeysə malikdir. Xəbər lenti sadələşdirilmiş, bir sütun şəklində təqdim olunur. Xəbərə daxil olan oxucu mətnlə, yerləşdirilmiş fotoşəkillər və videogörüntülərlə tanış ola, mövzu ilə əlaqədar yerləşdirilmiş xəbərləri oxuya bilər.
Bundan başqa, oxucu bəyəndiyi xəbəri proqram vasitəsilə Facebook-da, Twitter-də yerləşdirə, həmçinin elektron poçt vasitəsilə göndərə bilər.
Oxu.Az-ın saytında yerləşdirilmiş bütün xəbərlər yeni proqram tətbiqində, saytda olduğu kimi, iki dildə - Azərbaycan və Rus dillərində yer alır.
Proqramın istifadəyə verilməsindən cəmi üç gün keçsə də, artıq bu günədək 10 minən çox yükləmə qeydə alınıb ki, bu da Azərbaycanın mobil proqramlar tarixində bir rekord göstəricidir.
Proqramı yükləmək üçün oxucular iOS əməliyyat sistemli mobil qurğularından (iPhone, yeni nəsil iPod) App Store-yə daxil olaraq, axtarış bölməsində Oxu.az yazmalı və açılan pəncərədən proqramı seçərək, mobil telefonlarına yükləməlidirlər.
Alternativ olaraq mobil brauzerdən bu linkə tıklamaq kifayətdir.
https://itunes.apple.com/kz/app/oxu.az-azerbaycan-xeberleri/id634362981?mt=8