Sürücü səhlənkarlığı faciəyə səbəb ola bilərdi.
Oxu.Az bildirir ki, hadisə paytaxtın Yasamal rayonu Mikayıl Müşviq küçəsində qeydə alınıb.
İlkin ehtimala görə, iritutumlu qoşqulu yük avtomobili yol kənarında düzgün park edilmədiyindən qəfil hərəkət edərək qarşı yolun kənarındakı ağac və səkiyə çırpılıb.
Xoşbəxlikdən həmin vaxt ərazidən avtomobil keçmədiyindən və yük maşınında heç kim olmadığından xəsarət alan olmayıb.
Sürücü Baba Əliyevin dediyinə görə avtomobili park edərək ərazidən uzaqlaşıb. Lakin maşın hündürlükdən aşağıya doğru öz-özünə hərəkət edərək qəza törədib.
Hadisənin təfərrüatları aparılan araşdırmaların sonunda bəlli olacaq.