Mehdiabad qəsəbəsində intihara cəhdin qarşısı alınıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin