Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs Ali Məhkəməyə müraciət etdi
Özünü vəzifəli şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq etməyə cəhddə və rüşvətə təhrik etmədə təqsirləndirilən Fərid Kərimlinin barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum olunub. Hökmə əsasən, F.Kərimli məhkəmə zalında həbs olunub.
İttihama görə, əvvəllər məhkum olunmuş Fərid Fərəməz oğlu Kərimli Aygün Mirzəyevaya 35 min və Cəmil Quliyevə qarşı isə 20 min manat məbləğində dələduzluğa cəhd edib.
Ona qarşı Cinayət Məcəlləsinin dələduzluğa cəhd, rüşvətə təhrik etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə ittiham elan olunub.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Ali Məhkəmə məhkum tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair mühüm qərar qəbul etdi
- Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR
- Məhkəmə vəzifəli şəxsin öldüyü qəzada təqsirləndirilən sürücü ilə bağlı qərar verdi
- Məhkəmə arvadı haqqında polisə yalan xəbərçilik edən şəxslə bağlı qərar verdi
- Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir
Rəylər