Bu dəqiqələrdə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində “Papanin” kimi tanınan ərazidə yaşayış binasında yanğın başlayıb. Hadisə hündürmərtəbəli binada qeydə alınıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, yanğın barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib. Hazırda yanğının qarşısını almaq üçün yanğınsöndürənlər hadisə yerində işlərini davam etdirirlər.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.