Azərbaycanda özəl tibb müəssisələrində yoxlamalar aparılacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-ə qədər dayandırılıb:
“Lakin burada istisnalar mövcuddur. Bu istisnalar dövlət təhlükəsizliyinə və iqtisadi maraqlara təhlükə yarana hallarda dövlət orqanlarına yoxlamalar aparmağa icazə verir. Təqdim olunan qanuna əsasən, həmin istisnaya özəl tibb fəaliyyəti subyektlərində yoxlamalar da əlavə olunur”.
Qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.
Aqşin Kərimov