Erməni qızlarına 26 yaşdan sonra bakirə qalmaq çox zərərlidir.
Oxu.Az Armenia Today-a istinadən xəbər verir ki, belə bir fikirlə biokimyaçı, “Yeni siyasi mədəniyyət” partiyasının lideri Ani Zaxaryan qadınların fiziolojiyasının öyrənilməsindən sonra səsləndirib, “Aravot” yazır.
33 yaşlı partiya lideri bakirəliyini ötən il itirməsindən təəssüflənir və buna görə də, bakirəlikdən tezliklə azad olunmağın təbliğatını aparmaq qərarına gəlib.
“26 yaşdan sonra təhsil alaraq, müəyyən düşüncə səviyyəsinə çatmış erməni qızı sevdiyi şəxslə cinsi həyat yaşamağı istədikdə, bunu etməlidir. Kim deyib ki, yalnız erməni kişilərin cinsi həyat yaşmaq hüquq var, əksinə, qadınların emosiyaları kişilərdən daha kəskindir və məhz qadınların seksə daha çox ehtiyacları və bunu etmək üçün daha çox hüquqları var”, - deyə, o bəyan edib.
Zaxaryan bildirib ki, erməni qızı haqqında mövcud stereotipin sındırılması üçün onun başçılıq etdiyi partiya müzakirələr və iclaslar keçirmək niyyətindədir:
“İnsanlara səslənərək və onlarla söhbət edərək. Mən sözümün gücünü bilirəm. Əminəm ki, erməni qızlarının böyük əksəriyyəti bizim əvvəl-axır bu axmaqlıqdan xilas olmağımızı gözləyirlər”.