Qubada hava limanı tikiləcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu müjdəni Qubada səfərdə olan prezident İlham Əliyev verib.
Bu gün İlham Əliyev və xanımı Mehriban Əliyeva Qubanın dağ yəhudiləri yaşayan “Qırmızı qəsəbə” kəndində olub.
Qeyd edək ki, Qubada səfərdə olan prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin və Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.