Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Dağlıq Qarabağdan olan qaçqın və məcburi köçkünlərlə görüşüb.
Oxu.Az Fransanın Azərbaycandakı səfirliyinin Facebook səhifəsinə istinadla xəbər verir ki, görüşdə səfiri Fransa Senatında Fransa -Azərbaycan Dostluq Qrupunun prezidenti Andre Reyxardt və qrupun sədr müavini Natali Qule müşayiət ediblər.
Görüş zamanı səfir və Fransa -Azərbaycan Dostluq Qrupunun rəhbərliyi qaçqınların həyat şəraiti ilə tanış olublar.