114B nömrəli marşrut avtobusunun dayanacağa gec gəlməsi və yaranan sıxlıq sərnişinlərin narazılığına səbəb olub.
Bununla bağlı görüntülər Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub.
Şikayətdə qeyd olunur ki, sıxlıq səbəbindən insanlar nəqliyyat vasitəsinə minməkdə çətinlik çəkirlər.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Qaynar xətt:
(055) 224 12 12