Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.
Oxu.Az xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə edilir.