Gecə saatlarında paytaxtın Xətai rayonu, Xocalı prospekti ilə Fəzail Bayramov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən üzərində piyada və velosiped bölməsinin də olduğu nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sıradan çıxan svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.