Bakının Binəqədi rayonunda azyaşlı oğlan faciəvi şəkildə ölüb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, rayon sakini, azyaşlı Mikayıl Mikayılov evin həyətində olan işləməyən vitrin soyuducunun içinə girib. Nəticədə uşaq hava çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.