Bakıda fəaliyyət göstərən “Dobromed” klinikasının fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə Səhiyyə Nazirliyindən açıqlama verilib.
Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məlumata görə, klinikada yoxlama aparılıb.
Komissiya bir sıra qüsurlar aşkarlayıb:
“Qüsurlar aradan qaldırılana qədər klinikaya verilən lisenziya dayandırılıb. İndi klinikada qüsurlar aradan qaldırılandan sonra yenidən Səhiyyə Nazirliyinə müraciət edə bilərlər. Müraciət əsasında yenidən komissiya təşkil olunacaq. Yoxlamalarda qüsur aşkar olunmasa, o zaman klinikaya lisenziya verilə bilər”, - deyə Anar Qədirli bildirib.
14:59
Bakıda fəaliyyət göstərən “Dobromed” klinikasının lisenziyası alınıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, klinikanın fəaliyyəti oradakı çatışmazlıqlarla bağlıdır.
Klinikanın iqtisadi məsələlər üzrə direktoru Solmaz Əliyevanın verdiyi məlumata görə, klinikanın lisenziyası müvəqqəti olaraq alınıb. Onun sözlərinə görə, bu səbəbdən klinika müvəqqəti olaraq bağlanacaq.
““Dobromed” bir neçə günlük bağlı olacaq. Müvəqqəti olaraq lisenziya dayandırılıb. Buna səbəb xəstəxananın ginekologiya şöbəsində müəyyən çatışmazlıqlar olub”,- deyə Solmaz Əliyeva bildirib.
E.Ə.
www.oxu.az