Bakının Xətai rayonunda yerləşən Gənclik parkındakı süni göl qurudulub.
Baş verən hadisə ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, hazırda Xətai rayonu ərazisində yerləşən Gənclik parkında təmir işləri aparılmaqdadır:
"Təmir işləri çərçivəsində gölün yerləşdiyi sahədə əsaslı təmir işləri həyata keçirilir. İşlər icra edildikdən sonra hövzə yenidən su ilə təmin ediləcək".
Bakının Xətai rayonunda yerləşən Gənclik parkındakı süni göl qurudulub.
Oxu.Az xəbər verir ki, parkın ərazisindəki gölün qurudulma səbəbi hələlik məlum deyil.
Həmin görüntüləri təqdim edirik: