Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paytaxtda olan tam orta məktəb niyə istiliksiz qalıb?
Paytaxtda hələ də istiliklə təmin olunmayan məktəb binası var.
Xezerxeber.az-ın məlumatına görə, havaların soyumasına baxmayaraq, paytaxtın Yasamal rayonu ərazisində yerləşən 158 nömrəli tam orta məktəbə hələ də istilik verilməyib. Çarə kimi siniflərə elektrik qızdırıcıları qoyulub.
Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, sözügedən məktəb "Azəristiliktəchizat" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir. Yasamal rayonu ərazisində çəkilən qaz xəttində xəta baş verdiyindən məktəbə istilik verilməsində fasilə yaranıb.
"Azəristiliktəchizat"dan bildirilib ki, yaranmış problem sabah gün ərzində aradan qaldırılacaq.
Ətraflı süjetdə:

"Azəristiliktəchizat ASC" teqi üzrə xəbərlər
- Sakinlər suyun binaların zirzəmisini basmasından şikayətləndilər - Qurumlar niyə çarəsizdir?
- "Dörd gündür istilik verilmir" - "Azəristiliktəchizat"dan ŞİKAYƏT
- "Dörd gündən çoxdur istilik verilmir" - Xətaidən ŞİKAYƏT
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
- İstilik təchizatı xidməti üzrə tariflər dəyişdi