Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Paytaxtda taksi sürücüsü və daha bir nəfərdən 14 kiloqram narkotik aşkarlanıb - VİDEO
Bakının Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Məmmədov və Ramin Səbbaqini saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən üç kiloqram heroin, iki kiloqram metamfetamin, yeddi kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. R.Səbbaqinin üzərindən isə iki kiloqram marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. O.Məmmədov paytaxt ərazisində idarə etdiyi avtomobillə taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olub.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda avtomobilinə hücum edilən şəxs SAHİBKAR İMİŞ - DETALLAR
- Dəyənəkli "Polat Alemdar"lar və sayrışan işıqlar...
- İşə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirən şəxs həbs olunub
- Nəsimidə ƏMƏLİYYAT - İranlı tərəfindən narkokuryerliyə cəlb olunan 25 yaşlı gənc ƏLƏ KEÇDİ
- Bakıda Hollivud ssenarisi: "Şirkət 128 min, "vəkil" isə 12 min manatını ƏLİNDƏN ALDI"