Bakının Sabunçu rayonunda bir nəfər dənizdə batıb.
Modern.az xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, N.Əhmədov Bakıda kirayədə yaşayırmış.