Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paytaxtda TIR sürücülərinin yolu bağlaması faktı ilə əlaqədar cinayət işi açılıb
Bu gün TIR sürücülərinin paytaxtın H.Əliyev prospektində yolu bağlaması faktı ilə əlaqədar cinayət işi başlanılıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət işi başlanılıb:
"Məsələyə hüquqi müstəvidə qiymət veriləcək"
Könül Cəfərli
"Araz Əsgərli" teqi üzrə xəbərlər
Ən çox oxunanlar