Bir neçə gündür paytaxdakı “Təbiət evi” adlanan parkın baxımsız olduğuna dair məlumatlar paylaşılır. Parkın mövcud vəziyyəti izləyənlərdə təəssüf doğurur.
Oxu.Az saytı sözügedən parkın bu qədər acınacaqlı vəziyyətdə olmasının səbəbini araşdırmaq məqsədilə bir neçə quruma sorğu ünvanlayıb.
Nəhayət ki, Binəqədi rayonunda yerləşən “Təbiət evi” adlı parkın Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olduğu müəyyən olunub.
Belə ki, məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən ərazidə yeraltı suların sızması halları müşahidə edilir:
"Məsələnin həlli üçün təcrübəli geoloqların iştirakı ilə araşdırmalar aparılır və onların qərarından sonra müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Gələcəkdə mərhələli şəkildə həmin ərazinin də abadlaşdırılması nəzərdə tutulub".
Könül Cəfərli