Bakıda yol nəqliyyat hadisəsi tıxaca səbəb oldu.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev prospektində (Bağırov körpüsünü keçdikdən sonra) yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində yolun hər iki istiqamətində sıxlıq yaranıb.