Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda "Prius" zəncirvari qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜLƏR
Bakının Babək prospektində zəncirvari yol-nəqliyyat hadisəsi zamanı üç avtomobil toqquşub.
Bununla bağlı Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli məlumat verib.
O qeyd edib ki, yol-nəqliyyat hadisəsi 9 sentyabr saat 06:40-da qeydə alınıb.
"Hadisə zamanı 77-LH-463 dövlət nömrə nişanlı "Prius", 02-BU-954 dövlət nömrə nişanlı VAZ-2106 və 10-DB-021 dövlət nömrə nişanlı BMW markalı avtomobillər toqquşub.
Hadisə "Prius" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün seçməməsi səbəbindən baş verib. Nəticədə o qarşıda hərəkətdə olan VAZ-2106 markalı nəqliyyat vasitəsinə çırpılıb, idarəetmədən çıxan VAZ-2106 isə arxadan gələn BMW markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Başı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır".
Bakının Babək prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəzanı əks etdirən videogörüntü sosial şəbəkədə yayımlanıb.
"Prius" markalı avtomobil qarşıda hərəkət edən VAZ-2106 markalı avtomobilə, VAZ-2106 isə öz növbəsində kənar zolaqla hərəkətdə olan avtomobilə çırpılıb. Hər üç avtomobilə ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Baş vermiş qəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu verilib.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI