Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda uşaq bağçasındakı təhlükəli vəziyyət aradan qaldırılıb
Bakının Xətai rayonu, 165 saylı körpələr evi-uşaq bağçasının həyətində yaranmış iyrənc mənzərə aradan qaldırılıb.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Baku.ws-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Xətai rayonu, Abbas Səhhət 6 ünvanında yerləşən 165 nömrəli bağçanın həyətində kanalizasiya quyusunda tutulma halı qeydə alınıb.
Rayon Sukanal İdarəsinin əməkdaşları əraziyə cəlb olunublar. Tullantı su xəttinin fəaliyyəti bərpa edilib.
Bakının Xətai rayonu, 165 saylı körpələr evi-uşaq bağçasında uşaqların həyatı təhlükə altındadır.
Bu barədə məlumat baku.ws-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, bağçanın həyəti kanalizasiya suları altında qalıb:
"Neçə vaxtdır ki, ərazidə boru partlayıb, kanalizasiya suları uşaq bağçasının həyətinə dolub. Valideynlər və bağça rəhbərliyi dəfələrlə müvafiq qurumlara şikayət etsələr də, baxan yoxdur. Antisanitar vəziyyət baş alıb gedir, azyaşlıların həyatı ciddi təhlükə altındadır".
Məsələ barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb.
Sözügedən görüntüləri təqdim edirik:
"Uşaq bağçası" teqi üzrə xəbərlər
- Bağçada uşağı döyən müəllim işdən azad olundu
- "Avant Group"dan YENİ premium layihə - "AVANT NOVA"
- "Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoru özünü təqsirli bilməyib
- Bağça müdiri işdən QOVULDU
- Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - Araşdırmalara başlanıldı