Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paytaxtın mərkəzində TƏHLÜKƏ: Binadan beton parçaları hər an qopub düşə bilər
Bakının Səbail rayonunda binanın qəzalı vəziyyətə düşməsi sakinlərin narahatlığına səbəb olub.
Bununla bağlı Oxu.Az-a oxucu müraciəti daxil olub.
Qeyd olunub ki, söhbət Xaqani və Puşkin küçələrinin kəsişməsində yerləşən dördmərtəbəli binadan gedir.
"Neçə ildir, şikayət edirik, bizə eyni cavabı verirlər - "vəsait yoxdur". Əgər bu beton parçaları kiminsə üstünə düşsə, faciə qaçılmaz olacaq", - deyə müraciətdə vurğulanır.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Səbail rayonunda təmir işlərinin aparılması məqsədilə qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahısı (sözügedən yaşayış binası da daxil olmaqla) tərtib olunaraq bir müddət əvvəl aidiyyəti üzrə rəsmi müraciət olunub.
"Sözügedən ünvan da nəzarətdə saxlanılır", - deyə RİH-dən bildirilib.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Bakıda bir ərazidə evlər söküləcək: Sakinlər narazılıq edirlər
- Xətai rayonunda ağacların kəsilməsi ilə bağlı ŞİKAYƏTƏ CAVAB
- Masazırda küçələrdə abadlıq işlərinə nə vaxt başlanacaq? - Rəsmi AÇIQLAMA
- Binəqədidə MTK sakinləri evlərinə həsrət qoyub? - Beş ildir kommunal ödəmirlər
- Gədəbəydə rüşvət qalmaqalı - Sakinlərlə icra hakimiyyəti üz-üzə
Rəylər