Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paytaxtın yeni rayonu görkəmini dəyişir – FOTO
Pirallahı rayonunda Dövlət Proqramı çərçivəsində abadlıq-quruculuq işləri aparılır.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, rayonun Pirallahı qəsəbəsində mərkəzi yol və ətraf ərazilər, qəsəbədəki yaşayış məhəllələri, dəniz sahili boyu, qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi tam abad vəziyyətə salınır, yaşıllıqlar salınır.
Ada və yarımada ətrafında dənizdə yerləşən, istismar müddətini başa vurmuş dəmir-beton konstruksiyalar kəsilərək götürülür, istifadəyə yararsız, çürümüş gəmilər sudan çıxarılaraq dəniz akvatoriyası təmizlənir.
Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir.
Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə eyni zamanda 46 yerdə müasir tipli zibil konteynerləri quraşdırılıb.
Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq dövlət proqramına uyğun olaraq, S.Bağırov küçəsində çörək kombinatının tikintisi aparılır.
Kombinatda 30 nəfər işlə təmin olunacaq.
Xüsusi vurğulamaq istəyirik ki, aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərində insanların qeyri-qanuni tikərək faktiki yaşadıqları evlərin hüquqi sənədlərinin olmamasına baxmayaraq bu məsələyə xüsusi həssaslıqla yanaşılır.
Qeyri-qanuni tikilmiş evlərdə məskunlaşanların gələcəkdə mənzil şəraitləri yaxşılaşdırıldıqdan sonra digər məsələlərə baxıla bilər.
Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır.
Rəylər