Bakının “Tarqovı” kimi tanınan məşhur küçəsində azyaşlı qaraçı əcnəbi turistin 200 manat pulunu oğurlayaraq qaçıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə facebook sosial şəbəkəsində məlumat yayılıb.
Sonradan pul oğurlayan qaraçı ətrafdakı şəxslər tərəfindən tutulub və turistə verilib. Turist isə uşağı sürüyə-sürüyə polisə aparıb.
Yeri gəlmişkən, sosial şəbəkədə polisin “mənlik deyil, məndən uzaq durun” dediyi də iddia olunub.
