2014-cü ilin may ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 15 635 metr qazma işi həyata keçirib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, bu sahədə görülmüş işlərin 14 962 metri istismara, 673 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2014-cü ilin yanvar-may aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 62 222 metr qazma işi görülüb ki, bunun da 60 627 metri istismara, 1 595 metri isə kəşfiyyata aid olub.
Gülnarə Zeynalova
www.oxu.az