Rusiyanın Sankt-Peterburq şəhərinin Admiralteysk rayonunun Rijski prospektindəki evlərdən birinin qarşısında cəsəd aşkar edilib.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı ölən şəxsin 56 yaşlı Azərbaycan vətəndaşı olduğu aydınlaşıb.
Onun cəsədinin qeydiyyatda olduğu ünvanın qarşısında tapıldığı bildirilib.
Cəsədin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Cəsəd morqa göndərilib.